İsrail Fələstin xəstəxanasını mühasirəyə aldı

21:06 - 14 Noyabr 2023 - GÜNDƏM

 İsrail Fələstin xəstəxanasını mühasirəyə aldı

“Əş-Şəfa” tibb kompleksi tamamilə İsrail əsgərləri tərəfindən mühasirəyə alınıb və təxliyyə qərarı xəstəxana administrasiyası tərəfindən verilir.

BUTA.TV xəbər verir ki, bu barədə Fələstinin səhiyyə naziri May əl-Keyla deyib.

“Əş-Şəfa tibb kompleksi tamamilə İsrail tankları və əsgərləri tərəfindən mühasirəyə alınıb. Xəstəxana kompleksinin boşaldılması qərarını xəstəxana rəhbərliyi verir, kompleksdə çoxlu sayda yaralı olduğu üçün bu, mürəkkəb məsələdir. Çünki onların bir çoxu süni nəfəs aparatına qoşulub. Əgər bu sistem dayansa, dərhal öləcəklər”, - nazir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol