Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında banklar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" səhifəsində paylaşımlar edib.
"İşgüzar səfərimin ilk günündə Qazaxıstan Milli Bankının sədri Timur Suleymenovla görüşdük. Görüş zamanı cənab sədr ilə rəhbərlik etdiyimiz qurumlar arasında cari əməkdaşlıq sahələri, qlobal mühitdə bankların üzləşdiyi cağırışlar, eləcə də əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik. Növbəti görüşümüz Qırğızıstan Milli Bankının sədri Kubanıçbek Bokontayev ilə keçirildi. Görüş zamanı qurumlarımız arasında əməkdaşlığımız genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - paylaşımlarda deyilir.
Qeyd edək ki, T.Kazımov sabah “Qazaxıstan maliyyəçilərinin XI konqresi”ndə iştirak edəcək. Tədbiri Qazaxıstan Milli Bankının himayəsi altında Qazaxıstan Maliyyəçilər Assosiasiyası ilə Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi təşkil edir. Konqres zamanı "Digital Tenge" layihəsinin icrası ilə bağlı təqdimat keçiriləcək.
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video