Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsinə sakit reaksiya verib və tələsik qərarlar qəbul etməməyi təklif edib.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
"Belarus prezidenti Ermənistan baş nazirinin sammitdə iştirakdan imtina etməsinə sakit reaksiya verdi. Anlayır ki, bu, istənilən dövlət liderinin işidir", - Eysmont bildirib.
O vurğulayıb ki, Ermənistanın baş naziri ilə yanaşı digər dövlət başçılarına da dəvət ünvanlanıb.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
"Məsələn, Rusiya prezidentinə də bu yaxınlarda telefon danışığı zamanı ünvanlanıb. O, dəvəti qəbul edib. Öz təcrübəsinə və bəzi digər tanınmış siyasətçilərin oxşar vəziyyətlərdəki qərarlarına əsaslanaraq, Lukaşenko Ermənistan baş nazirinə tələsməməyi, tələsik qərarlar qəbul etməməyi, dezinteqrasiyaya yönəlik növbəti addımlar barədə ciddi düşünməyi təklif edib”, - Eysmont əlavə edib.
Qeyd edək ki, Paşinyan Lukaşenko ilə telefon danışığı zamanı Minskdə KTMT sammitində iştirak etməyəcəyini açıqlayıb. Kreml isə erməni baş nazirin bu qərarından təəssüfləndiyini bildirib.
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video