Rusiya ordusunda xidmətdə olan “Krasuxa” elektron döyüş və “Pantsir-S1” özüyeriyən zenit-raket və silah sistemi döyüşdə mühüm rol oynayır. Əgər 2020-ci ildə “Bayraqdar” müharibədə fərqlilik yarada bilmişdisə, hazırda Ukrayna səmasında görünmür – çünki “Krasuxa” və “Pantsir” onu dərhal zərərsizləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Ayk Nahapetyan deyib.
O bildirib ki, Ukrayna ordusu Rusiya ordusundan daha yaxşı təchiz edilib:
“Ancaq uğur əldə edə bilmir, çünki səma bütünlüklə Rusiyanın nəzarətindədir. Səmaya kim nəzarət edirsə, müharibədə də o qalib gəlir.
Ukraynada Amerika, Almaniya və Fransa istehsalı olan çoxlu sayda tank və digər zirehli texnika həlledici rol oynamır. Ukrayna Silahlı Qüvvələri sıçrayış əldə edə bilmir, çünki hətta uzaq məsafədən Rusiya pilotsuz təyyarələri canlı qüvvə və zirehli texnikanı çox effektiv şəkildə məhv edir. Rusiya ordusunun müdafiə xəttinə yaxınlaşa bilməyən maşınların, yəni bu texnikanın döyüş meydanına girməyə şansı yoxdur”.
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı