Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ailə üzvlərinin də aeroportda VİP salondan istifadə etməsini istəyir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Milli Məclisin deputatlarının başqa qayğıları da var, onu başqa iclaslarda demək mümkün deyil:
“Əvvəllər diplomatik pasportla deputatlar xaricə səfərlərə öz ailə üzvlərini yanında apara bilirdilər. Hətta deputat özü getməsə də, ailə üzvləri aeroportda VİP salondan istifadə edə bilirdilər. Amma indi özün gedirsənsə, ailə üzvlərin VİP salondan istifadə edə bilir, amma özün getmirsənsə, yox. Niyə millət vəkillərinə belə ögey münasibət olmalıdır? Mən özüm getmirəm, amma istəyirəm ailə üzvüm VİP salondan istifadə etsin”.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır