Ermənistanın Hindistandan alacağı “Zen Anti-Drone System” (Zen antidron sistemi - ZADS) mobil sistemdir, avtomobilə quraşdırılır və xüsusi olaraq dronlara qarşı işləyir. O, düşmən lokatorlarında işləyən Rusiyanın “Krasuxa” sistemindən fərqlənir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Leonid Nersisyan deyib.
O bildirib ki, bu antidron sistemi cəbhə boyunca olduqca sıx şəkildə paylanmalıdır:
“Buna görə də bu sistemdən çox sayda lazımdır. Sistemin döyüş şəraitində istifadəsi ilə bağlı təcrübə yoxdur, ona görə də onun real effektivliyini qiymətləndirmək çətindir. Ancaq təqdim olunan xarakteristikaya inansaq, bu sistemlər yaxşıdır”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Nersisyanın sözlərinə görə, kompleks bir neçə elementdən ibarətdir: optik-elektron hədəf aşkarlama stansiyası, hədəf aşkar edən radar və elektron döyüş sistemi:
“Bu silahın Rusiya analoqu Ermənistanın əvvəllər aldığı “Repellent” sistemidir. Ancaq rus texnologiyasında müşahidə olunduğu kimi, “Repellent” irihəcmli və böyükdür. 44 günlük müharibə zamanı onun effektivliyi kifayət qədər aşağı idi”.
Onun fikrincə, Hindistanın antidron sistemlərindən İrəvan kifayət qədər alacaq:
“Açıq mənbələrdə onun qiyməti göstərilməyib, ancaq göstərilən məbləğə (41,5 milyon dollar) 20-40 sistem alınacağını təxmin etmək olar. Satın alınan fransız radarları (GM-200 nəzərdə tutulur – red.) Hindistan ZADS-ı ilə vahid komanda postu sisteminə birləşdirilə bilər. Bu, həll oluna bilən məsələdir”.
Qeyd edək ki, Ermənistanın Hindistanla ZADS (Zen Anti-Drone System) alınması üçün 41,5 milyon dollarlıq müqavilə imzaladığı haqda məlumat yayılıb.
Hindistan tərəfdən sazişi Heydərabaddan olan “Zen Technologies” şirkətinin nümayəndələri imzalayıblar. Şirkət həm sistemi tədarük edəcək, həm də operatorların ondan istifadə etməsini öyrədəcək.
İddiaya görə, ZADS etibarlılığını sübut etmiş və artıq Hindistan Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən sistemdir.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı