Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu (ASALA) İrəvandakı yəhudi icma mərkəzinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, ASALA-nın gənclər qanadı Ermənistanın paytaxtında sinaqoqu yandırıb.
Bu vəhşi hərəkətdən sonra ASALA bəyan edib ki, bununla yekunlaşmayacaq və yəhudi icmasına qarşı növbəti hücum Ermənistandan kənarda həyata keçiriləcək.
Bu, Ermənistanda antisemit mövqeyinin ilk nümayişi deyil. Hələ bu ilin oktyabrında ASALA-nın həmin gənclər qanadı sinaqoqun üzərinə maye töküb, şüşələri sındırıb.
Daha sonra ASALA açıq şəkildə müharibə ilə hədələyərək bildirib ki, Avropa, Amerika, Kanada, Gürcüstanda İsrail yəhudilərinə qarşı müharibə aparacaq. Heç bir İsrail yəhudisi bu ölkələrə gələrkən özünü təhlükəsiz hiss etməyəcək.
- ATƏT sədri İçərişəhərdə - Foto
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama
- Avqustun 13-də Yerin cazibə qüvvəsi itəcək? – Rəsmi
- Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı