Əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı Azərbaycan Respublikasında iş vədi ilə aldadılaraq ölkəyə gətirilən, iş icazəsi əldə edilmədən əmək fəaliyyətinə cəlb edilən, həmçinin ölkədə ünvan qeydiyyatına alınmadan və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşayan 9 əcnəbi saxlanılıb.
Araşdırma nəticəsində həmin əcnəbilərin öz həmvətənləri tərəfindən 1400-2500 dollar müqabilində Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi, qeydiyyata alınmadıqları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr əldə edilmədiyi və qanunsuz miqranta çevrilmələrinə şərait yaradıldığı müəyyənləşdirilib.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Qanunsuz miqrasiyanın təşkilinə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular