"Sədərək" postundan rüşvətlə dərman keçirilməsinə görə 2 gömrük əməkdaşı həbs olunub.
BUTA.TV xəbər verir ki, bu barədə faktı Trend-ə Baş Prokurorluqdan təsdiqləyiblər. Bildirilib ki, saxlanılanlar barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən daxil olmuş material əsasında Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla bir qrup gömrük əməkdaşının 25 adda dərman vasitələrinin dövlət qeydiyyatına alınmadan, nəzarətsiz ölkə ərazisinə keçirilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?