“AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində futbol üzrə milli komandamız 5:0 hesabı ilə Belçikaya uduzmasına nə fikir bildirmək olar? Hakim Eddi İsrafilova qırmızı vərəqə çıxardı. Bilmirəm, Eddi İsrafilovu niyə oyuna çıxarırlar, heç bir qəpiklik də futbolçu deyil. AFFA da Canni De Byaziyə qırmızı vərəqə çıxarmalıdır, vəssalam”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Çempionat gərgin və maraqlı keçir. Azərbaycanda futbol inkişaf edir, amma vaxt lazımdır. Birdən-birə alman ola bilməyəcəyik. Hər halda futbolun inkişafı üçün dəfələrlə dövlət proqramı qəbul edilib. Uşaq futbolu yoxdur. Klublar, akademiyalar zəifdir. Düşünürəm, futbolu inkişaf etdirmək üçün yeni proqram qəbul etmək lazımdır. Uşaq futbolu ilə bərabər bölgələrdə də futbol inkişaf etməlidir. Yaxşı məşqçilər də lazımdır”, - deputat bildirib.
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar