Ramil Səfərovun ekstradisiyası zamanı gizli sövdələşmə... - Səfir

15:48 - 23 Noyabr 2023 - CƏMİYYƏT

 Ramil Səfərovun ekstradisiyası zamanı gizli sövdələşmə... - Səfir

İki dost ölkənin rəhbərləri – Prezident İlham Əliyevlə Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının qəbul etdiyi beynəlxalq konvensiyaya əsaslanaraq Budapeştdə məhkumluq həyatı yaşayan azərbaycanlı zabiti Vətənə qaytardılar. Burada isə cəzasının bir hissəsini çəkdiyinə görə, dövlət başçısının sərəncamı ilə əfv edildi.

BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev APA-ya müsahibəsində deyib.

O bildirib ki, bu, hər iki tərəfdən böyük insanlıq və nəciblik aktı idi:

“Bizim müxalif mətbuatın hadisələrin isti izi ilə yazdığı kimi, hər hansı gizli sövdələşmə olmamışdı, ola bilməzdi. Əvvəldən axıra qədər proseslərdə yaxından iştirak etdiyimdən bunu tam əminliklə deyə bilərəm.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ekstradisiya başa çatandan bir müddət sonra Heydər Əliyev Fondu xalqımızın dost macar xalqına minnətdarlıq hisslərinin ifadəsi olaraq Budapeştin XII rayonunda gözdən əlil uşaqlar üçün məktəb-yataqxana binası tikdi. Səfirliyimiz isə məktəb-yataqxanaya hamiliyi öz üzərimizə götürdü. Həmin ənənə bu gün də davam etməkdədir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol