Türkiyədə güclü zəlzələ: əhali küçələrə axışdı

19:34 - 23 Noyabr 2023 - GÜNDƏM

 Türkiyədə güclü zəlzələ: əhali küçələrə axışdı

Türkiyənin Malatya şəhərində ardıcıl olaraq 5,2 və 4,7 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Üç dəqiqə fərqlə baş verən ardıcıl təkanlardan sonra əhali küçələrə çıxıb.

Episentri Malatyanın Battalqazi ilçəsi olan zəlzələ yerin 6,36 km dərinliyində meydana gəlib.

Zəlzələdən dolayı Daxili İşlər Nazirliyi və AFAD-ın müvafiq strukturları gücləndirilmiş iş rejimə keçib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol