Biz öz tərəfimizdən beynəlxalq və ikitərəfli gündəliyin geniş spektri üzrə Buenos-Ayreslə konstruktiv dialoqa həmişə açığıq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Argentinanın yeni seçilmiş Prezidenti Xavyer Mileyin Ukrayna Prezidenti Vladimir Zelenskini Cənubi Amerikada münaqişənin həllinə həsr olunmuş konfrans keçirməyə dəvət etməsini şərh edərkən deyib.
"Biz hazırda Argentinanın yeni hökumətinin formalaşmasının davam etməsindən çıxış edirik və bu ölkə üzləşdiyi çətin problemlərin həlli üçün proqram həyata keçirməli olacaq.
Biz gözləyirik ki, bu cür işlərin gedişində Argentinanın dünya işlərindəki rolu, qlobal və regional reallıqların qiymətləndirilməsi nəzərə alınmaqla xarici siyasəti üçün konkret plan da hazırlanacaq", - Zaxarova qeyd edib.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı