Xocalıda kitabxanadan silah-sursat tapıldı

19:50 - 24 Noyabr 2023 - GÜNDƏM

 Xocalıda kitabxanadan silah-sursat tapıldı

Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik "TŞK" markalı pulemyot, 5 ədəd 12.7 mm-lik "PK" markalı pulemyot, 42 ədəd müxtəlif çaplı "AK" markalı avtomat, 1 ədəd 30 mm-lik "AQS-17" markalı qumbaraatan, 4 ədəd "RPQ-5" markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol