Ermənistan-ABŞ əməkdaşlığı mühüm inkişaf mərhələsindədir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Son illərdə ikitərəfli qarşılıqlı fəaliyyətimiz nəzərəçarpacaq dərəcədə irəliləyir və mühüm inkişaf mərhələsindədir. Bilirsiniz ki, 2019-cu ildə biz strateji dialoqa başlamışıq", - deyə Paşinyan bildirib.
O, bu yaxınlarda Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirildiyini də xatırladıb.
Paşinyan iqtisadi sahədə də əlaqələrin inkişafına ümid etdiyini söyləyib və əlavə edib ki, ABŞ Ermənistana demokratik islahatların aparılmasında yardım edir.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!