Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərin işğaldan azad edilməsinin 3-cü ildönümüdür.
BUTA.TV xəbər verir ki, 44 günlük müharibənin nəticəsi olaraq Kəlbəcər rayonu 25 noyabrda bir güllə belə atılmadan işğaldan azad edildi və Azərbaycana təhvil verildi. Erməni mediası isə terrorçu Monte Melkonyanın məhz 25 noyabrda anadan olmasını yada salıb. Bildirilib ki, Melkonyanın birbaşa liderliyi ilə Kəlbəcər 2 aprel 1993-cü ildə işğal olunmuşdu.
Kəlbəcər 15 noyabrda işğaldan azad edilməliydi, ancaq qüvvələri çıxarmaq üçün vaxt azlığı səbəbindən 10 gün möhlət istənildi və qismətdən məhz Melkonyanın ad günündə Azərbaycana təhvil verildi.
Ermənilər hələ də anlamır ki, bu, tarixi ədalətin təntənəsidir.
Qeyd edək ki, tanınmış terrorçu Monte Melkonyanı 1993-cü ildə Milli Qəhrəman İbad Hüseynov məhv edib.
- İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…
- İran “Dəmir Qübbə”ni bu raketlərlə dəlib keçirmiş: məşhur generalın adını daşıyır - FOTO
- Xamenei yeraltı sığınacağa köçürüldü
- İsrail “II mərhələyə” keçdi: İranı məğlub etmək və…
- İranda rejim dəyişə bilər - Netanyahudan şok
- İran şərtini açıqladı: İsrail dayansa...
- İranda panika yarandı: Tehran əhalisi şəhəri tərk edir
- Türkiyə MN Azərbaycanı təbrik etdi