Sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən doğru olmayan məlumatlar yayılır və təəssüf ki, bəzi saytlar dəqiqləşdirmədən bu yalan məlumatları xəbərə çevirirlər.
Bu barədə Aərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətindən BUTA.TV-a daxil olan məlumatda bildirilib.
“Əvvəla, Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyliyə mənzil verilməyib. İkincisi, Yazıçılar Birliyinin sədri Anarın katibəsinin adı mənzil təqdim edilən şəxsərin siyahısında yoxdur. Bundan başqa, Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov Birliyin üzvü deyil. Son olaraq, İlqar Fəhminin katibəsi kimi təqdim edilən Şəmsiyyə Camalova İdarənin kompüter operatorudur”, - məlumatda vurğulanıb.
AYB media nümayəndələrindən məlumatları yayarkən dəqiqləşdirmə aparmalarını xahiş edib.
Qeyd edək ki, AYB-nin 21 nəfərə mənzil verməsi müzakirələrə yol açıb.
- Ağdamda yanğını bu şəxs törədibmiş – PUA görüntüsü
- Bakıda avtomobil neft quyusuna düşdü - Video
- MİDA güzəştli mənzilləri satışa çıxarır – Bu tarixdə
- SOCAR-da kütləvi ixtisarlar gedir? - Rəsmi
- 55 saat dayanmadan üzüb tarix yazdı - Video
- Yaşamaq üçün ən ideal ölkə açıqlandı
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu