Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır. Görəsən, Peskov nəyi nəzərdə tutub? Rusiya Azərbaycanın tərkib hissəsi olan Qarabağda niyə olmalıdır?
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Qərb dövlətlərinin bir qismi Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışır:
“Ancaq bunun Qarabağa aiddiyyəti yoxdur. ABŞ və ya Fransa İrəvanın istəyi ilə Ermənistanda Rusiya hərbçilərini əvəz etmək istəyərdilər, ancaq Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Rusiya hərbi kontingentini evinə yol salmağa çalışan Azərbaycan rus hərbçiləri Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bilməlidir”.
- ABŞ vurdu, İran tankeri batdı - Video
- 1659-cu gün: Rusiyanın itkiləri yeniləndi
- Tramp “Zelda” qəhrəmanı obrazında... – Video
- Rusiya Kiyevdə PUA anbarını vurdu
- Rusiya Moldova ilə sərhədi vurdu: ölənlər var - Video
- Uşaq bağçasının həyətindəki ağac binanın üstünə aşdı - Video
- Ukrayna Rusiyanın ən böyük limanına zərbə endirdi
- İrandan bu ölkəyə atılan raket ələ keçirildi