Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı paylaşım edib.
BUTA.TV bildirir ki, o, anasının ad günü olduğunu vurğulayıb. Yusif atasının artıq ikinci ildir ki, anasını göndərdiyi güllərlə təbrik etdiyini deyib. "Ad günün mübarək, əziz anam. Artıq ikinci doğum günündür ki, atamın göndərdiyi çiçəklər gəlir, özü gələ bilməsə də" deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
- Ölkənin Ali Məclisində yeni komissiyalar yaradılacaq
- Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan