Atletika üzrə Azərbaycan millisinin üzvü Nazim Babayev Avropa çempionu, İslam Həmrəyliyi Oyunları və Universiadanın qızıl medalçısı bədii gimnast, hazırda məşqçi kimi çalışan Nərmin Cahangirova ilə ailə həyatı qurub.
BUTA.TV xəbər verir ki, cütlüyün toy mərasimində iştirak edənlər arasında elm və təhsil naziri Emin Əmrullayev də olub. “Nyus24”ün yaydığı görüntülərdən aydın olur ki, qonaqlar “Payız gəldi, uçdu getdi quşlar” mahnısına rəqs edirlər. Ancaq nə qədər qəribə də olsa, bu Azərbaycan mahnısı rus dilində səsləndirilir və qonaqlar da deyəsən bunun fərqinə varmılar.
Azərbaycan mahnılarının belə rusca ifasının hansı zərurətdən yarandığını təsəvvür etmək çətindir.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video