Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxlər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb.
BUTA.TV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsinə bir sənəd tələb olunur:
"Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanının arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlər son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq".
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video