Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

17:20 - 27 Noyabr 2023 - GÜNDƏM

 Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.

O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.

Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır:

"Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol