“Məmurların könüllü şəkildə istefa verməsi inandırıcı deyil, çünki bizdə bu mədəniyyət hələ formalaşmayıb”.
Bu sözləri “Yeni Sabah”a şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. O bildirib ki, hər bir şəxs öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilmədikdə istefa verməyi bacarmalıdır:
“Mən məmurların könüllü olaraq istefa verməsinə inanmıram. Çünki ölkəmizdə istefa mədəniyyəti yoxdur. Sadəcə, adını belə qoyurlar. Kimsə könüllü şəkildə istefa verirsə, həmin prosesdən əvvəl onu çağırıb başa salırlar. İstefa vermədiyi təqdirdə isə onu daha böyük təzyiqlər gözləyir. Ola bilməz ki, hər hansı məmur ürəkdən “mən getdim” desin. Bu Azərbaycanda mümkün deyil. Ancaq hər bil halda insan işini yerinə yetirə bilməyib böyük nöqsanlara yol verdikdə, özü dərk etməlidir ki, artıq bu vəzifədə işləyə bilməz”.
Şair vurğulayıb ki, Azərbaycan insanının canında hərislik var:
“Biz danışan zaman tez-tez “mədəniyyət” sözündən istifadə edirik. İstefa vermək də böyük bir mədəniyyətdir. Necə ki, növbə, peşə, danışmaq, yemək, özünü aparmaq mədəniyyəti varsa, eləcə də istefa mədəniyyəti olmalıdır. Çox təəssüf ki, mədəniyyətin bu növü bizdə formalaşmayıb. Biz hələ də həmin mərhələyə çata bilməmişik. Vəzifədən ikiəlli yapışmaq hərisliyi bizim canımızdan əl çəkmir. Bizim mentalımızda hər şeyi əldə etmək var. Bu hərislik isə insanların hər şeyə sahib olma istəyindən irəli gəlir. Bu, əslində bir sistemdir və dağılmalıdır”.
Baba Vəziroğlu bildirib ki, cəmiyyətimizin Avropa səviyyəsinə nə vaxt çatacağı hələlik heç kəsə məlum deyil:
“5 metr hasar hörəndə nə qədər yer zəbt edə biləcəyimiz haqda düşünürüksə, digər sahələrdə də həmin əxlaqa sahibik. Avropada isə adətən görürük ki, nə hasar, nə dəmir darvazalar var. Orada heç yolu da zəbt etmirlər. Həmçinin, kiminsə işinə qarışmaq da avropalılar üçün yaddır. Bütün sadalanan amillər mədəniyyətin nə dərəcədə yüksək səviyyədə olmasından xəbər verir. Cəmiyyətimizin və insanlarımızın nə vaxt bu səviyyəyə çatacağını isə təkcə Allah bilir”.
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar