ABŞ Dövlət katibi Entoni Blinken köməkçisi Ceyms Obrayenin noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vurduğunu anladığından Prezident İlham Əliyevə zəng edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Blinkenin Prezident Əliyevə zəng etməsini şərh edərkən bildirib.
O qeyd edib ki, bu zəngə ehtiyac var idi, əks halda münasibətlər gərginləşməkdə davam edəcəkdi:
“Münasibətlərin gərginləşməsi isə nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verir. Ceyms Obrayenin çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşünün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms Obrayen Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verdi.
Ceyms Obrayen dekabrda Azərbaycana səfəri zamanı elə açıqlamalar verməlidir ki, münasibətləri əvvəkli axarına qaytara bilsin. Hər halda Ceyms Obrayen və digər amerikalı diplomatlar Azərbaycanla bağlı açıqlamalarında Dövlət katibi Entoni Blinkenin təlimatlarından kənara çıxmamalıdırlar. Blinkenin özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışır.
ABŞ dünyanın əsas güclərindən biridir, təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığımız var, bu ölkə ilə münasibətlərin normallaşmasına ehtiyac var. Öz növbəsində Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır. Gözlənti bundan ibarətdir”.
- İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto
- Qələbənin 80-ci ildönümüdür
- Bayramov pakistanlı həmkarı ilə telefon danışığı apardı
- İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar
- Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır
- Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi
- Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı
- Hindlilər Azərbaycana boykot çağırışı etdilər - Foto