“Kənddən Şəhərə” yarmarkaları artıq fəaliyyətə başlayıb və hər həftə sonu keçirilir.
Bu barədə BUTA.TV-a Kənd Təsərrüfatı Nazirliyidən bildirilib.
“İlk yarmarkamız keçən həftənin şənbə-bazar günləri keçirildi və periodik olaraq davam etdiriləcək. Yeni il ərəfəsində isə konkret müddət açıqlanacaq. Təxminən 2 həftə ərzində davamlı yarmarkaların keçirilməsi nəzərdə tutulub”, - məlumatda deyilir.
Bildirilib ki, məhsullarını satmaq istəyən fermerlər qeydiyyatdan keçməlidir:
“Aqrar tədarük və təchizat” ASC-nin qeydiyyatında olan fermerlər məlumatlıdırlar. Məhsulları gətirməkdə nəqliyyat çətinliyi çəkən fermerlər üçün logistika dəstəyi göstəriləcək”.
- Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?
- Pezeşkian Şahin Mustafayevi qəbul etdi
- İndiyədək neçə yaşayış məntəqəsinə köç olub? - Komitə sədri
- İlham Əliyev və xanımı Nyu Yorkda
- Qızılın qiyməti tarixi rekordunu təzələdi
- İki həftədən sonra buna başlayırıq - Emin elan etdi
- Əli Nağıyevdən xüsusi xidmət orqanları ilə bağlı mühüm açıqlama
- Ceyhun Bayramov Kallasla görüşdü