“Sağlamlıq haqqında arayış 40 manatdır. Rəsmi rüsumdur. Ərazi üzrə tibb məntəqəsinə yaxınlaşırsınız və bu vəsaiti hesaba köçürürsünüz. Sizcə, çox deyilmi? Axı uzun müddət iş axtarışında olan və borc içində yaşayan biri 40 manatı necə arayışa versin?” Buta.tv xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ceyhun Səfər deyib.
“Razıyam, həkimlərin qəbulundan bir-bir keçmək lazımdır, sağlamlıqdır, amma məncə, sənədin dəyəri barədə fikirləşmək də olar. Heç olmasa, 10-15 manat... Üstəlik, deyirlər ki, pulu yalnız kartla ödəməlisiniz. Nağdsız ödənişə üstünlük verilməlidir. Yaxşı, bəs, hələ işə düzəlməyənin və bunun üçün arayış dalınca gələnin plastik kartı haradan olsun?”, - jurnalist narazılığını bildirib.
- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
- Ölkənin Ali Məclisində yeni komissiyalar yaradılacaq
- Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan