Azərbaycanda hərbçilərin ərzaq pulu 210-220 manat civarında artırılacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hazırda Maliyyə Nazirliyi bu məsələnin üzərində işləyir: "Biz də istəyirik ki, verilən pul tezliklə artsın. Bu məsələ mütləq həll olunacaq".
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev müzakirələrdə təklif edib ki, hərbçilərə verilən ərzaq pulu 62 manat artırılsın: "Hesab edirəm ki, bu da onların sosial müdafiəsinin gücləndirilməsinə müəyyən dərəcədə öz töhfəsini verə bilər".
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?