15 yaşlı Mədətin yardıma ehtiyacı var - Video

17:56 - 29 Noyabr 2023 - GÜNDƏM

 15 yaşlı Mədətin yardıma ehtiyacı var - Video

15 yaşlı Mədət İlham oğlu Əmiraslan 2019-cu ildən Hoçkin limfoması (Limfa vəzilərinin bədxassəli xərçəngi) xəstəliyindən əziyyət çəkir.

BUTA.TV xəbər verir ki, iki dəfə kimyaterpiya və radoiterapiya almağına baxmayraq, xəstəlik üçüncü dəfə yenidən təkrarlanıb.

“2019-cu ilin aprel ayından onda bu xəstəlik yaranıb. İki dəfə Gürcüstanda müalicə olunduqdan sonra xəstəlik yenidən geri qayıtdı. Azərbaycanda müalicəsi mümkün olmadığı üçün 2022-ci ildə İstanbulda müalicə elətdirdim. Təkrar yoxlamalar aparanda xəstəlikyin yenidən baş qaldırdığı müəyyən olundu. Həkimlər bildirdilər ki, təcili ilik köçürülməlidir. Bunun da qiyməti 85 min dollardır. Qohum-əqrəba olaraq 10 min dollar düzəltmişik, amma qalan pulu düzəltmək bizim üçün çətindir. İmkanlı şəxslərdən xahiş edirik ki, gücləri çatdığı qədər bizə kömək etsinlər. Vəziyyətimiz çox acınacaqlıdır”, - xəstənin atası bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol