Medvedyev: Zelenski buna görə seçkini ləğv etdi

22:18 - 30 Noyabr 2023 - GÜNDƏM

 Medvedyev: Zelenski buna görə seçkini ləğv etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna Ali Radasının prezident seçkilərini təxirə salmasına münasibət bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatı şəraitində rəqiblərin meydana çıxması hazırkı hakimiyyət üçün təhlükəlidir. Korrupsiya ilə bağlı yeni faktlar da üzə çıxa bilər.

Maskalar nəhayət endirildi. Rada prezident seçkilərini ləğv edib. Axı, son ukraynalıya kimi müharibə gedirsə, seçkilər yoxdur, zelenskilər var. Və əksinə, seçkilər onlar üçün şərəfsiz sondur”, - Medvedyev bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol