"Consumer Reports" ekspertləri daxili yanma mühərrikli (ICE) avtomobillərin, elektromobillərin və hibrid modellərin keyfiyyətini və etibarlılığını qiymətləndiriblər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Engadget” məlumat yayıb.
Son 23 ildə istehsal olunan 330 minə yaxın avtomobil üzərində aparılan araşdırmada mütəxəssislər ənənəvi daxili yanma mühərrikli avtomobilləri ən etibarlı avtomobil adlandırıblar. Məlum olub ki, elektromobillər daxili yanma mühərrikli avtomobillərdən 79 faiz çox texniki xidmət problemi yaşayır. Öz növbəsində, "plug"in hibridlərinin təmiri benzin və dizel mühərrikli avtomobillərlə müqayisədə 146 faiz daha çətindir.
Siyahıdakı hər bir model 100 ballıq şkala üzrə öz reytinqini alıb. Məlum olub ki, ən etibarlı avtomobillər Asiya avtomobil istehsalçıları tərəfindən istehsal olunur - orta avtomobil reytinqi 63 bal təşkil edib. Avropa şirkətlərinin avtomobilləri 46, Amerika avtomobilləri isə 39 bal toplayıb.
Ən problemli olanlar plug-in hibridləri (PHEVs) olub. Məsələn, "Chrysler Pacifica" və "Audi Q5" 100 baldan cəmi 14 xal toplayıb.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video