Bir evdə 200-dən artıq şirkət qeydiyyatdadır: “Meyitini meşədən tapdılar...”

08:08 - 1 Dekabr 2023 - CƏMİYYƏT

 Bir evdə 200-dən artıq şirkət qeydiyyatdadır: “Meyitini meşədən tapdılar...”

”Azərbaycanda bir şəbəkə var (məhkəmə qərarı olmadığı üçün cinayətkar olub-olmadıqlarını deyə bilmərəm), müxtəlif ünvanlarda əcaib adlarla minlərlə şirkət qeydiyyata aldırıb. Bu şirkətlərin əksəriyyətinin nə işlə məşğul olduqları bilinmir, amma qısa müddətdən sonra yaranan vergi borclarından belə başa düşülür ki, “böyük işlər” görürlər. Bəziləri isə dövlət satınalmalarında (tenderlərdə) qalib olurlar”.

BUTA TV” bildirir ki, bunu araşdırmaçı Allahverdi Aydın üzə çıxarıb. Onun yazdığına görə, bu  ilin aprel-sentyabr aylarında (6 ay ərzində) həmin ünvanlardan birində – “Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40 m. 40”-da 213 şirkət qeydiyyata alınıb:  “Bu ünvanda daha əvvəl də yüzlərlə şirkət qeydiyyata alınıb.

Bu şirkətlərlə bağlı bəzi maraqlı və diqqət çəkən məqamlar:

– Həmin şirkətlərdən 3-nə Eminov Məhəmmədiyə Xəlil oğlu, 3-nə isə onun oğlu Eminov Eşqin Məhəmmədiyə oğlu “rəhbərlik edir”. Məhəmmədiyə Eminov 2017-ci ildə həyətində narkotik bitkilər əkdiyi üçün saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

– Məlikov Zamin Nəzərəli oğlu adlı başqa bir şəxs də 3 şirkətə “rəhbərlik edir” və bu şəxs də 2017-ci ildə oğurluq etdiyinə görə saxlanılıb.

– Başqa bir şəxs – Əfkari Eldar Məhərrəm oğlu da 3 şirkətə “rəhbərlik edir”. Amma, bu şəxs şirkətlər qeydiyyatdan keçəndə (08.05.2023) artıq həyatda olmayıb. Əfkari Eldarın meyiti (04.05.2023) evində asılmış vəziyyətdə taplıb.

Deyə bilərsiniz ki, keçmişdə oğru və narkoman olanların (ölülər istisnadır) şirkət rəhbəri olmasında qanunsuz nə var ki?

Məsələ burasındadır ki, həmin şəxslərin bir-çoxu adına şirkət açıldığından xəbəri olmur.

Məsələn, Stanislav Yakushev adlı bir vətəndaş var. İnternat evində böyüyüb. Həbsdə olub. Bu şəbəkə onun da adına şirkətlər açıb və indi 1,5 milyon manat vergi borcu var.

Başqa bir şəxs Astara sakini Zaur Məhərrəm oğlu Sovqatov mətbuata açıqlama verib və bildirib ki, onun xəbəri olmadan adına 5 şirkət açılıb və vergi borcu yaranıb. Açıqlamadan 5 gün sonra meyitini meşədə asılmış vəziyyətdə tapıblar.

Bu cür onlarla, yüzlərlə nümunə var. Sosial şəbəkələrdə, mətbuatda istədiyiniz qədər məlumat tapa bilərsiniz.

İndi əsas sual budur ki, bu şirkətlər barəsində ortada bu qədər açıq şübhəli məqamlar olduğu halda niyə heç bir tədbir görülmür?”

Ekspert daha sonra sual edir:

Məni ən çox maraqladıran isə bu şirkətlərə kimin ad qoyduğudur. Minlərlə adı qoymaq üçün hansı alqoritmadan, hansı kompyuter proqramından istifadə edir, adların bir mənası varmı, yoxsa çinlilər kimi qab-qacağı yerə atır, çıxan səslərə uyğun ad qoyur?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol