Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində 3 nəfər rayon sakinini dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə məhkum olunmuş Ceyhun Bədəlov olduğu müəyyən edilib. Onun müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi, daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə Respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir.
C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə məlumat vermələri xahiş olunur.
- Yaşamaq üçün ən ideal ölkə açıqlandı
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?