Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyətinin ADU-nun birgə təşkilatçılığı ilə “Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri” kitabının müzakirəsi keçirilib.
Kult.az xəbər verir ki, tədbirin moderatoru BM və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli tədbir iştirakçılarını salamlayıb, müzakirənin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Eldar Əzizovun bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat “Difai” (Müdafiə) Partiyasının yaradılması və fəaliyyətinin tarixi tədqiq edilir.
ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycan tarixində özünəməxsus yeri və rolu olan “Difai” təşkilatı ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, əsərdə “Difai”nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir:
“Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoyub. Bu kitab kafedralarda, dekanlıqlarda, auditoriyalarda tələbələrimizə təqdim olunmalı, onların tariximizlə, müstəqillik mübarizəmizlə bağlı fikirlərinə yeni baxış, yeni işıq saçmalıdır.
Bu gün Azərbaycan xalqı qalib xalq kimi uzun illərin mübarizəsinin məntiqi yekunu kimi azad və xoşbəxt yaşayır. Bu yolda canlarını Vətən uğrunda qurban verən igid qəhrəmanlarımızı heç vaxt unutmamalı, onların fəaliyyətini daima qeyd etməli və xatirələrini əziz tutmalıyıq”.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video