Məhəbbət Kazımovun məzarı Laçına köçürülür?

21:54 - 1 Dekabr 2023 - GÜNDƏM

 Məhəbbət Kazımovun məzarı Laçına köçürülür?

Atamın məzarının Laçına köçürülməsi üçün əvvəl belə bir təklif verməyi düşünürdüm. Amma sonra qərarımı dəyişdim. Məhəbbət Kazımov xalqın sənətkarıdır, tək Laçının yox.

Kult.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri mərhum sənətkar Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

“Atamın qəbri Laçına köçürülsə, onu ancaq laçınlılar ziyarət edə biləcək. Bakıda isə hər gün ən azı 5-10 nəfər məzarına baş çəkir. Amma atamın məzarına Laçın torpağını gətirmişəm.

Biz əslində Laçına köçmək istəyirik. Bakıda qeydiyyatda olduğumuza və məcburi köçkün hesab olunmadığımıza görə bizə Qaçqınkomdan məlumat daxil olmayıb. Bu barədə dövlət dəstəyi üçün aidiyyəti qurumlara müraciət edəcəyəm. İnşallah, ya dövlət dəstəyi ilə, ya öz hesabıma, gedib Laçında yaşamaq istəyirəm”, - deyə R.Kazımov bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol