İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.
Həmçinin Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video