Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü 5 medalla başa vurublar.
BUTA.TV xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb.
Yunan-Roma güləşçisi Ülvi Qənizadə də (72 kiloqram) əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycanın digər təmsilçisi Murad Əhmədiyev (92 kiloqram) final görüşündə italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub.
Fərid Sadıqlı (55 kiloqram) və Azad Əliyev (82 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar.
Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. Yarış dekabrın 3-dək davam edəcək.
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video