Çində güclü zəlzələ baş verdi

00:28 - 2 Dekabr 2023 - GÜNDƏM

 Çində güclü zəlzələ baş verdi

Çinin Dehonq Dai Tsinpo muxtar prefekturasının Manşi şəhərində (Yunnan əyaləti, Çinin cənub-qərbi) 5 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar əyalətin bir çox bölgəsində, o cümlədən Lintsanq və Baoşan dairələrində və Dali Bay Muxtar Prefekturasında güclü hiss olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi olan Kunminq şəhərindən 476 km aralıda yerləşib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol