Şəki-Qax yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində avtomobil dərəyə aşıb.
BUTA.TV xəbər verir ki, hadisə axşam saat 22:30 radələrində qeydə alınıb. Belə ki, rayonun Aşağı Göynük kənd sakini Əfqan Mahmudovun idarə etdiyi “Ford” markalı minik avtomobili hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yolun kənarındakı dərəyə aşıb.
Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığından hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əfqan Mahmudova ilkin tibbi yardım göstəriləndən sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onun müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddinin yüksək olması olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş vermiş qəza ilə bağlı araşdırma başlanılıb.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video