İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

13:38 - 2 Dekabr 2023 - GÜNDƏM

 İrəvanın 8 kəndimizi qaytarma şərti - Erməni KİV

30 noyabrda Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyasının sərhəddə keçirilən 5-ci iclası ilə bağlı bəzi yeni təfərrüat yayılıb.

BUTA.TV xəbər verir ki, erməni mediası görüşdə Ermənistan tərəfdən Baş nazirin müavini Mger Qriqoryanla yanaşı, Kadastr Komitəsinin rəis müavini və MTN əməkdaşlarının da iştirak etdiyini bildirib.

Görüş sərhəddə yerləşən çadırda baş tutub – hansısa binada deyil.

Erməni mediası anklavlar məsələsinin də müzakirə edildiyini, onların qaytarılması istiqamətində razılıq olduğunu yazıb. Erməni mediası buna əsas kimi Nikol Paşinyanın “Ermənistanın 29 800 kilometr ərazisinə Sovet dövründə Azərbaycana məxsus olan anklavlar daxil deyil” fikirlərini yada salıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Həmçinin Ermənistan parlamentinin sədri Alen Simonyanının bir neçə gün öncəki açıqlamasına da yer verilib: “İrəvan Başkəndi almaq müqabilində Sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa hazırdır”.

Tavuş qubernatoru isə anklavlarla bağlı 30 noyabrda heç bir razılıq əldə edilmədiyini açıqlayıb:

“Məndə olan məlumata görə, hələlik heç bir razılaşma yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol