ABŞ Türkiyə ilə Yunanıstanın arasını vurmağa çalışır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, aralarındakı məsafənin bu qədər yaxın olmasına baxmayaraq, iki ölkənin hələ də düşmənçiliyi alovlandıran səslərlə yürüş etməsi düzgün deyil:
“Digər tərəfdən, bizləri kim qəzəbləndirir? Bu nöqtədən baxdığımızda başda ABŞ olmaqla, bəzi dairələr hər iki ölkəni bir-birinə qarşı qoymağa çalışırlar. Pulunu ödədiyimiz halda Türkiyəyə F-16-lar göndərmirlər, ancaq Yunanıstana hələ də sözügedən qırıcıları göndərirlər. ABŞ bunu edir deyə, biz də geri çəkiləsi deyilik. Dekabrın 7-də Yunanıstana səfər edəcəyəm və qarşı tərəflə oturub bir sıra məsələləri müzakirə edib, həll yolunu tapacağıq. Təbii ki, bizim fikir ayrılıqlarımız var və elə dərin məsələlər mövcuddur ki, onları bir anda həll etmək mümkün deyil. Bununla belə, dərhal həll edə biləcəyimiz və əməkdaşlığın əsasını genişləndirəcək məsələlər də var”.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video