Milli fəallar həbsdən çıxan fəalla görüşdü

19:40 - 2 Dekabr 2023 - GÜNDƏM

 Milli fəallar həbsdən çıxan fəalla görüşdü

Ərdəbilli milli-mədəni fəallar noyabrın 30-da girov qarşılığında müvəqqəti olaraq həbsdən buraxılan fəal Nasir Rəzmcu ilə görüşüblər.

BUTA.TV xəbər verir ki, görüş dekabrın 1-i fəalın evində baş tutub.

Nasir Rəzmcu ilə yanaşı, Hüseyn Azadi, Əmir Hüseyn Ağayi və İbrahim Əvəzzadə də Təbriz Mərkəzi Həbsxanasından məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azadlığa buraxılıb.

Xatırladaq ki, Nasir Rəzmcu oktyabrın 21-də Ərdəbil şəhərində təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi. Ona qarşı “milli təhlüksizliyə qarşı toplaşmaq və əlbir olmaq”, “qanunsuz qrupa üzv olmaq” ittihamları irəli sürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

O və başqa 13 milli fəal saxlanıldıqdan sonra Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb, orada dindiriliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol