Nazirlik səbəbsiz yerə bu mərkəzi bağladı - Prokuror

22:00 - 2 Dekabr 2023 - GÜNDƏM

 Nazirlik səbəbsiz yerə bu mərkəzi bağladı - Prokuror

Azərbaycanda açıq tipli təlim-tərbiyə mərkəzi fəaliyyət göstərirdi. 2011-ci ildə həmin mərkəz Elm və Təhsil Nazirliyi tərəfindən heç bir əsas gətirilmədən qapadıldı. İndi siz təsəvvür edin, biz faktiki küçədə qalan, zərərli vərdişlərə qurşanan uşaqlarla, yeniyetmə və gənclərlə necə işləyəcəyimizi bilmirik. Onları toplayırıq, amma yerləşdirə biləcəyimiz bir reabilitasiya mərkəzi, demək olar, yoxdur.

BUTA.TV xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Şəbnəm Məmmədova "Litaris Holdinq” MMC-nin Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində həyata keçirdiyi “Qadına şiddətə son” layihəsi çərçivəsində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, mövcud imkanlar narkomaniyaya qurşanmış, ailədən qaçmış və ya kənarlaşdırılmış yeniyetmələrin reabilitasiyasına, müalicə edilməsinə, ən azı küçələrdən alınaraq normal şəraitdə yerləşdirilmələrinə imkan vermir:

"O halda biz narkomaniya ilə necə mübarizə apara bilərik? Ciddi təlim-tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün ölkədə açıq tipli təlim tərbiyə müəssisələri yaradılmalıdır. Belə mərkəzlərin yoxluğu narkomaniya, məişət zorakılığı və digər problemlərdən əziyyət çəkən insanlarla, xüsusən də yeniyetmələrlə iş aparılmasında bizim əl qolumuzu bağlayır. Elm və Təhsil Nazirliyi o qərara yenidın baxmalıdır".

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol