Rusiyanın mütəşəkkil cinayətkar dəstəsinin liderlərindən biri Şamil Əmirov İstanbulda saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat verib.
“İstanbulun Sarıyer rayonunda keçirilən “Qəfəs 15” əməliyyatı nəticəsində Rusiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar dəstənin rəhbərlərindən biri Şamil Əmirov saxlanılıb. Ölkəmizi beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıyıq. Onları bir-bir tutaraq, məsuliyyətə cəlb edəcəyik”, - nazir X səhifəsində yazıb.
- Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - Video
- Bu istiqamətdə yeni marşrut açılır: Gedişhaqqı 1,30 manat...
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Bu istiqamətdə marşrut fəaliyyətə başlayır
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi