Bundan sonra metroda “Bakıkart”la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq.
BUTA.TV-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb. QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, ilin sonuna kimi tətbiq metro stansiyalarının 90%-də istifadədə olacaq. Sərnişin “Bakıkart” mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gediş haqqı 40 qəpikdir.
Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar "Xocəsən" və "8 Noyabr"dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir.
QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər.
- 55 saat dayanmadan üzüb tarix yazdı - Video
- Yaşamaq üçün ən ideal ölkə açıqlandı
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- 15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı