Azərbaycana hücum ssenarisi – Fransanın açıq oyunu

23:54 - 3 Dekabr 2023 - GÜNDƏM

 Azərbaycana hücum ssenarisi – Fransanın açıq oyunu

Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahalandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi:

“Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarükü də “müdafiə” adı altında həyata keçirildi. Hərçənd, bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi vardı. Çünki Bakının Qarabağda erməni separatizmini ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Bu iddiaların hədəfi bəllidir:

- Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması;

- Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq.

Fransanın Ermənistana “Sezar” artilleriyasını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Ki, bu eskalasiyanın yeganə platforması Azərbaycanla sərhəddir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol