Qəbələ insidenti: polis əməkdaşı DİN sıralarından qovuldu

00:34 - 4 Dekabr 2023 - GÜNDƏM

 Qəbələ insidenti: polis əməkdaşı DİN sıralarından qovuldu

Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb.

BUTA.TV xəbər verir ki, bu barədə DİN-in yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, yoxlama nəticəsində polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

Qeyd edək ki, Qəbələ rayonu Vəndam qəsəbəsində sərxoş vəziyyətdə maşın idarə edən, daha sonra isə polisə müqavimət göstərən S.Ağayev və onun yaxınları, o cümlədən yetkinlik yaşına çatmayan şəxslə bağlı cinayət işi açılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol