ABŞ gəmisi hücum edən PUA-ları məhv etdi

12:12 - 4 Dekabr 2023 - GÜNDƏM

 ABŞ gəmisi hücum edən PUA-ları məhv etdi

ABŞ hərbi gəmisi Qırmızı dənizdə ticarət gəmilərinə hücum edən bir neçə PUA-nı məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Qırmızı dənizin cənubunda beynəlxalq sularda fəaliyyət göstərən üç ayrı ticarət gəmisinə dörd hücum təşkil edilib. Bu üç gəmi 14 ayrı ölkə ilə əlaqəlidir”, - məlumatda qeyd olunub.

Amerikalı məmurlardan biri “Foks Nyus”a açıqlamasında bildirib ki, Bab-əl-Məndəb boğazının şimalında ABŞ-ın “Karni” hərbi gəmisi ona doğru istiqamətlənən 3 PUA-nı vurub.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Onun sözlərinə görə, PUA-lar Yəməndə husilərin nəzarət etdiyi rayonların birindən buraxılıb.

Qeyd edək ki, ötən gün Pentaqon “Karni” və ticarət gəmilərinə hücum barədə məlumat yaymışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol