Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünya ölkələrinin Azərbaycandakı mina problemi ilə məlumatlandırılması beynəlxalq təşkilatların və xarici ölkələrin əməkdaşlığı ilə nəticələnməlidir:
"Çünki hazırda mina problemi ilə mübarizə Azərbaycanda əsas prioritet sahədir. Azərbaycanda minatəmizləmə üçün tələb olunan məbləğ 25 milyard dollar, son üç ildə göstərilən yardım isə 10 milyon dollardır. Bu rəqəmlər yaşanan problem qarşısında göstərilən yardımın nə qədər kiçik olduğunu görməyə kömək edir. Bu baxımdan hesab edirəm ki, beynəxalq aktorlar Azərbaycana sözügedən problemlə bağlı öz dəstəklərini artırmalıdırlar. Ermənistana mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün təzyiq göstərilməlidir. Çünki bu addım özü də Azərbaycana mina problemi ilə mübarizəyə kömək olacaq".
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşıoğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video
- İndiyədək 40 nəfər nəzarətsiz ərazidə boğulub - Həyəcan təbili
- AQTA-dan vətəndaşlara çağırış: Çimərlikdə buna əməl edin!
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu