Ukraynaya yardım üçün ayrılan vəsait bu ilin sonuna qədər tükənəcək. Bu, Rusiyanın qələbəsinə töhfə verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın İdarəetmə və Büdcə İdarəsinin direktoru Şaland Yanq Respublikaçı və Demokrat partiyalarının liderlərinə göndərdiyi məktubunda qeyd edib.
“İlin sonuna qədər Konqresin tədbirləri olmasa, Ukrayna üçün daha çox silah və texnika almaq, eləcə də ABŞ hərbi anbarından avadanlıq təmin etmək üçün resursumuz tükənəcək. Konqresin yeni dəstəyi təsdiqləməməsi Kiyevi döyüş meydanında diz çökdürəcək və eyni zamanda Rusiyanın hərbi qələbə ehtimalını artıracaq. Bu problemin öhdəsindən gəlməyimizə kömək edəcək sehrli maliyyə qazanı yoxdur. Pulumuz və demək olar ki, vaxtımız bitib”, - məktubda qeyd olunub.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi