ABŞ hökuməti Vaşinqtonun dondurduğu maliyyə aktivlərinin məsələsi ilə bağlı İrana bütün zəmanətləri verib.
BUTA.TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Amerika hökuməti İranla bağlanmış müqavilədən irəli gələn öhdəliklərə əməl etməlidir. Maliyyə resursları İran hökumətinin ixtiyarındadır və biz onlardan ehtiyaclarımıza uyğun istifadə edə bilərik”, - o bildirib.
Qeyd edək ki, Amerika mediasında yayılan məlumata görə, ABŞ Qətərlə razılaşıb ki, İrana məxsus olan və məhbus mübadiləsi sazişi çərçivəsində bərpa edilmiş 6 milyard dollar hələlik Tehrana verilməyəcək.
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video
- Naxçıvan üzərindən planlaşdırdığımız enerji dəhlizini...
- Cövdət Yılmaz Azərbaycana təşəkkür etdi
- Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video
- Bakıda mühüm iclas başladı
- Putin Azərbaycanı təbrik etdi